Ədliyyə Nazirliyi Penitensiar xidmətinin və Xidmətin Müalicə müəssisəsinin əməliyyat aparatları tərəfindən Daxili İşlər Nazirliyinin Qaradağ rayon Polis İdarəsinin əməkdaşları ilə birgə növbəti uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Bu barədə Avtosfer.az-a Ədliyyə Nazirliyi Penitensiar xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məlumata görə, Qaradağ rayonu Lökbatan qəsəbəsi Qobu park yaşayış kompleksində yolun kənarında quyuda gizlədilmiş ümumi çəkisi 253,552 qram olan narkotik maddə - heroin aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man