Mağazaya oğurluğa girən şəxs borc dəftərini yandırdı - Neftçalada

03 İyun 2022 | 16:09
OXUNUB: 940

Azərbaycanda mağazaya oğurluğa girən şəxs borc dəftərlərini yandırıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Avtosfer.az-a açıqlamasında bildirib ki, gecə saatlarında vətəndaş A.Ağayevə məxsus Neftçala rayonu Təzəkənd kəndi ərazisində yerləşən mağazada baş verən oğurluq hadisəsi ilə bağlı Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb.

Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən bir yeniyetmə saxlanılıb.

Dindirilmə zamanı həmin yeniyetmə törətdiyi əməli etiraf edib.

Araşdırmalar zamanı onun mağazadan müxtəlif növ içki və siqaret oğurladığı, eləcə də vətəndaşların sahibkara olan borc siyahısını yandıraraq məhv etdiyi müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man