Azərbaycanda DƏHŞƏT: Ata oğlunu yük maşını ilə vurub öldürdü

23 May 2022 | 19:30
OXUNUB: 1259

Lənkəran rayonunda 9 yaşlı uşaq ehtiyatsızlıqda yük avtomobilinin altına yıxılıb, aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Avtosfer.az xəbər verir ki, hadisə Bəliton kənd ərazi vahidliyinə daxil olan Horavenc kəndində qeydə alınıb. Belə ki, Bəliton kənd sakini, 1979-cu il təvəllüdlü Zöhrab Ağahüseyn oğlu Quliyev idarə etdiyi "Zil-131" markalı avtomobillə ot bağlamalarını gətirmək üçün qonşu Horavenc kəndinə gedib. Oğlu, 2013-cü il təvəllüdlü Nemət Quluzadəni də özü ilə götürüb. Əraziyə çatanda Nemət ağaclardan hörülmüş darvazanı açmaq üçün nəqliyyat vasitəsində aşağı enib. Atası isə yük avtomobilini hərəkətə gətirib. Bu zaman bədbəxt hadisə baş verib və övladına xəsarət yetirib. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man