"Bunun bir adı var - oğurluq, talançılıq" - AZAL-a ittiham

18 May 2022 | 12:33
OXUNUB: 602

"İnhisarçı olasan, bütün uçuşlara, yerüstü xidmətlərə nəzarət edəsən, qiyməti kəllə-çarxa qaldırıb bilet satasan, amma yenə də zərərlə-ziyanla işləyəsən. Söhbət analoqu olmayan AZAL-dan gedir".

Avtosfer.az  xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib. Ekspert bildirib ki, şirkət 2020-ci ili 76 milyon 415 min manat xalis zərərlə başa vurub, halbuki 2020-ci ildə AZAL hökumətdən COVID-19 ilə əlaqədar olaraq 232 milyon 82 min manat subsidiya alıb:

"Bundan başqa, AZAL-ın 2,2 milyard manat borcu da var, əsas borc dövlətə, Maliyyə Nazirliyinədir, yəni, ölmüş puldur. Bu vəsaiti AZAL heç qaytarmayacaq, bir müddət sonra borclar silinəcək. Bunun bir adı var - oğurluq, talançılıq, qeyri-effektiv idarəetmə, 44 günə işğalçılara qalib gələ bildik, 344 aydır (şirkət yaranandan bu günə) ki, bir tək AZAL-a qalib gələ bilmirik".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man