Azərbaycanda körpü uçdu - İnsanlar çayı belə keçir - VİDEO

16 May 2022 | 23:49
OXUNUB: 3908

Bu dəfə də Gədəbəydə bir neçə kəndi birləşdirən körpü uçub. Çünki bir müddətdir  ki, ölkə ərazisində əsasən qeyri-sabit hava şəraiti müşahidə olunur, yağıntı çoxdur, çaylarda sululuq artıb  və nəticədə yararsız vəziyyətdə olan  körpülər bir-bir uçur. Qubanın Təngaltı kəndindən sonra indi də analoji hal Gədəbəyin Ataxal kəndində  yaşanıb. Artıq 1 aydır ki, kənd camaatı Zəyəmçay çayını necə keçir, indi görəcəksiz.

Gədəbəydə bir neçə kəndi birləşdirən körpü dağılıb.  Söhbət Zəyəmçay çayının rayonun Ataxal kəndi ərazisindən keçən hissəsində yerləşən körpüdən gedir. İntensiv yağıntlar çayda sululuğu artırıb, nəticədə körpü uçub. Belə vəziyyət 1 aydan çoxdur ki, davam edir.  Sakinlər çox çətinlik çəkdiklərini deyirlər.  Məsələ ilə bağlı Böyük Qaramurad kənd inzibati ərazi dairəsinin nümayəndəsi Cəlal Tomiyev bildirib ki, sözügedən körpünün yenidən qurulması barədə aidiyyatı üzrə rayon rəhbərliyinə məlumat verilib. Məsələ diqqət mərkəzində saxlanılır. Qeyd edilib ki, çayda suyun səviyyəsi azaldıqdan sonra cari təmirlə bağlı addım atılacaq. 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man