Bakıda temperatur iqlim normasından 1 dərəcə aşağı olub - FAKTİKİ HAVA

14 May 2022 | 14:34
OXUNUB: 1019

Mayın 14-ü saat 12:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti nisbətən sabit olub, əsasən yağmursuz keçib, lakin 13-ü günün birinci yarısında Lerikdə 5.0 mm, Culfada 2.0 mm, Naxçıvan, Şərur, Ordubadda 1.0 mm-dək yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, havanın temperaturu Bakıda iqlim normasından 1.0° aşağı olub. Mayın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraiti sabit, yağmursuz keçəcək. Lakin 16-sı gündüzdən 17-si səhərədək şimal-qərb küləyinin güclənəcəyi, 16-sı səhər saatlarında arabir yağış yağacağı gözlənilir. Bölgələrdə də 15-i axşam qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, 17-si gündüzədək arabir yağıntılı olacağı gözlənilir.

Çaylarda sululuğun artacağı ehtimalı var.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man