Böyük Britaniya öz ərazisindən peyklər buraxacaq

11 May 2022 | 22:42
OXUNUB: 1207

Böyük Britaniya öz ərazisindən peyklər buraxmağa başlayacaq.

“Prometey-2” missiyası barədə krallığın Müdafiə Nazirliyindən məlumat verilib. Radiosiqnallar və görüntü sensorları vasitəsilə monitorinq üçün nəzərdə tutulmuş iki peykin İngiltərənin cənub-qərbindəki Nyuki hava limanından Amerikanın “Virgin Orbit” şirkətinə məxsus “Cosmic Girl” təyyarəsindən “LauncherOne” raketindən istifadə edilməklə orbitə buraxılması nəzərdə tutulur. Peykin buraxılışı Britaniya ordusunun maraqları üçün həyata keçirilir. “Kosmik texnologiyalar müdafiə tədbirlərinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir və “Prometey-2”nin buraxılması bizim öz kosmik proqramımız yolunda irəliyə doğru növbəti addım kimi səciyyələndirilə bilər”, – deyə Böyük Britaniya müdafiə nazirinin müavini Ceremi Kuin bildirib.

Mənbə: Lenta.ru

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man