"Bayraktar”lar bizi təngə gətirdi”– Rusiya hərbçilərinin səs yazısı - VİDEO

11 May 2022 | 12:09
OXUNUB: 452

Rusiya hərbçiləri Ukraynaya qarşı müharibədə böyük itkilər verməkdə davam edir. Onlar orduları üçün vacib olan texnikanı itirərək qorxu içində ölürlər.

Avtosfer.az-ın məlumatına görə, bunu Zmeynıy adası yaxınlığında “Raptor” qayıqlarının məhv edilməsindən bir neçə dəqiqə əvvəl Rusiya hərbçilərinin danışıqlarının ələ keçirilməsi də təsdiqləyir.

Danışıqlarda Zmeynidə baş verən son hadisələrdən söhbət gedir.

Orada təşviş içində olan Rusiya hərbçilərinin havadan dəstək tələb etdiyini və “Bayraktar”ın onları izlədiyini qışqırdığını eşidə bilərsiniz.

“Təngə gəldik, “Bayraktar” bizə atəş açıq. Havadan dəstək hanı?! “Bayraktar” hələ də bizi izləyir”, - Hərbçilərdən biri deyir.

Mayın 2-də “Bayraktar” pilotsuz uçan aparatı Zmeynıy adası yaxınlığında Rusiyanın “Raptor” tipli iki hərbi qayığını məhv edib.

Bundan başqa, mayın 8-də həmin ada yaxınlığında “Bayraktar” Rusiyanın “Serna” desant qayığını və 2 “Raptor” desant-hücum qayığını məhv edib.
 
 

Lent.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man