Füzulidə silsilə şəkildə oğurluq edən şəxslər saxlanılıb - FOTO

11 May 2022 | 09:56
OXUNUB: 482

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində aprel-may aylarında rayon ərazisindəki müxtəlif mağazalardan oğurluqlar etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. 
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Füzuli RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Füzuli rayon sakinləri - Ülvü Ələkbərov, əvvəllər məhkum olunmuşlar Zamin Həsənov və Ruslan Hüseynov saxlanılıblar. Araşdırmalarla onların qrup halında rayon ərazisindəki mağazalara daxil olaraq nəğd pul və müxtəlif əşyalar oğurlamaqla vətəndaşlara 14 min manatdan artıq ziyan vurduğu müəyyən edilib.   
Faktlarla bağlı Füzuli RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib. 
Adıçəkilən şəxslərin digər cinayətlərdə də iştirakının olub-olmaması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Emin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man