Daxili İşlər Nazirliyi Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində özünü ikinci mərtəbədən atan şəxslə bağlı məsələyə aydınlıq gətirib.
DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Avtosfer.az-a açıqlamasında bildirib ki, sözügedən bölmədə özünə xəsarət yetirən şəxs narkotik vasitə aludəçisidir:
“Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinir. Qaçmağa cəhd göstərərkən yıxılaraq xəsarət alıb. Müvafiq xəstəxanaya yerləşdirilib. Müalicəsi davam etdirilir”.
Fakt araşdırılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man