ABŞ havadan erkən xəbərdarlıq və idarəetmə təyyarələrinin tədarükünü sürətləndirir

10 May 2022 | 14:58
OXUNUB: 590

ABŞ E-3 “Sentry” AWACS (havadan erkən xəbərdarlıq və idarəetmə) təyyarə parkını əvəz edəcək yeni E-7 “Wedgetail” təyyarələrinin tədarükünə lazım olan vaxtı qısaltmaq üçün yollar axtarır. Ordu.az xəbər verir ki, bu barədə “Breaking Defence” nəşri yazıb.

2021-ci ilin noyabrında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus E-3 “Sentry” AWACS təyyarəsinin qeyri-kafi olduğu və bu təyyarələrin yeniləri ilə əvəz ediləcəyi açıqlanıb. Ötən ayın sonu ABŞ E-7 “Wedgetail” təyyarələri alacağını bildirib.

Açıqlamadan sonra may ayının ilk həftəsində dövlət orqanlarından istehsalın və çatdırılmanın çox uzun çəkəcəyini və illik maliyyə planlarının pozula biləcəyini əsas gətirərək istehsalın sürətləndirilməsini tələb edib.

ABŞ Hərbi Hava Qüvvələrinin E-7 “Wedgetail”i seçməsindən sonra ilk təyyarələrin 2027-ci maliyyə ilinə qədər hazır olacağı proqnozlaşdırılır. Birləşmiş Ştatlar 2023-cü maliyyə ili üçün “Boeing” ilə müqavilə imzalamağı planlaşdırır və tezliklə 2023-cü maliyyə ili büdcəsi çərçivəsində tələb olunan 227 milyon dollarlıq inkişaf fondundan istifadə edərək ilk “sürətli prototip təyyarənin” alınmasını maliyyələşdirməyə başlayacaq. İkinci prototipin 2024-cü maliyyə ili ərzində maliyyələşdirilməsi, ardınca isə 2025-ci ildə istehsal qərarının verilməsi planlaşdırılır.

E-7 “Wedgetail” 2009-cu ildə istehsal edilib. Təyyarə hazırda 4 ölkə tərəfindən istifadə olunur və ölkələrə xas 4 fərqli konfiqurasiyaya malikdir.
 

ordu.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man