Bakıda iki polisi güllələyən həbsdə öldü - FOTO

10 May 2022 | 13:09
OXUNUB: 564

Bakıda həbsxanada məhkum ölüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.

Məhkum Gülağa Lətifov cəza çəkdiyi müəssisədə ölüb. İlkin məlumata görə, onun xəstəlikdən öldüyü bildirilir.

Qeyd edək ki, G. Lətifov tanınmış polis rəisinin müavinini güllələməkdə təqsirli bilinərək həbs edilib.

Məlum hadisə 2014-cü ildə paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsində qeydə alınıb. G. Lətifov qonşuları Akif Nəzərovu, onun oğlu Asif Nəzərovu, Fərid Qədirovu, və Yusif Paşayevi güllələyib. F. Qədirov hadisə yerində ölüb, digərləri isə xəstəxanaya yerləşdirilib.

Güllələnən Akif Nəzərov həmin dövrdə Suraxanı rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini olub. İnsident zamanı xəsarət alan, rəis müavininin oğlu Asif Nəzərov həmin dövrdə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsində çalışıb.  

Lent.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man