"Volvo Cars" İsveçdə istehsalı dayandırır

10 May 2022 | 09:29
OXUNUB: 1209

Avtomobil istehsalçısı "Volvo Cars" İsveçdəki Torslanda zavodunda istehsalı dayandırır.

"Report" xəbər verir ki, bu barədə İsveç mətbuatı məlumat yayıb.

İstehsalın dayanmasına səbəb komponentlərin olmamasıdır. Avtomobil istehsalçısının sözçüsü İan Tonkin bildirib ki, koronavirus pandemiyası səbəbindən Çindən olan təchizatçılarla problemlər yaranıb.

Şirkət tərəfindən daha əvvəl bildirildiyi kimi, tədarüklər əsasən yarımkeçiricilərlə bağlıdır və bu, rüb ərzində istehsala təsir edəcək.

"Volvo Cars" Çinin "Geely" şirkətinə məxsusdur, şirkət avtomobil istehsalçısını 2010-cu ildə "Ford Motor"dan 1,8 milyard dollara alıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man