Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, hadisə metronun “Xalqlar Dostluğu” stansiyası yaxınlığında baş verib. Belə ki, 1989-cu il təvəllüdlü Vəliyev Vasif Mətləb oğlu yolu keçərkən onu minik avtomobili vurub. Yaralı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man