Azərbaycan avtomobil istehsalını artırıb - FOTO

Nəqliyyat xəbərləri 16 Dekabr 2021 | 11:16
OXUNUB: 997

Azərbaycanda 2021-ci ilin yanvar-noyabr aylarında istehsal edilən avtomobillərin sayı açıqlanıb.

Avtosfer.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, müvafiq dövrdə ölkəmizdə 1 992 ədəd minik avtomobili istehsal edilib.

Bu istehsal həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 350 ədəd və ya 21,3 faiz çoxdur. Təkcə noyabr ayında isə 130 ədəd minik avtomobili istehsal edilib.

11 ay ərzində ölkəmizdə 610 ədəd traktor istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Təkcə noyabr ayında isə 29 ədəd traktor istehsal olunub.

Ümumilikdə isə 399 milyon manatlıq maşın və avadanlıqları, digər nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşqular istehsal edilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 1,6 faiz artıb, maşın və avadanlıqların istehsalı 11,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 90,2 faiz azalıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man