Azərbaycanda dəniz nəqliyyatı ilə yük və sərnişin daşınmaları azalıb

Yeniliklər 16 Noyabr 2021 | 20:30
OXUNUB: 939

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 4 481,7 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,2% azalıb.

Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, hesabat dövründə bu nəqliyyat növü ilə daşınmış yüklərin 34,7%-i neft yükləri təşkil edib.

Azərbaycanda avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınmaları azalıb

Məlumata görə, hesabat dövründə dəniz limanları tərəfindən 7 327,9 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 7 010,5 min tonunu və ya 95,7% tranzit yüklər təşkil edib.

"2021-ci il noyabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 193,7 min ton olub", - məlumatda deyilir.

Qeyd olunur ki, dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2020-ci ilin müvafiq dövrünə nisbətən 22,8% azalaraq 14,2 min nəfər olub.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man