Avtomobilə texniki baxışı ləğv etmək üçün qanun qəbul oluna bilər - Yalnız 4 il ötərsə...

Nəqliyyat xəbərləri 10 Sentyabr 2021 | 12:37
OXUNUB: 1129

Rusiyada bu ilin sonuna qədər icbari texniki baxışın ləğvi haqqında qanun qəbul oluna bilər. Bunu Rusiyanın Federasiya Şurasının birinci vitse-spikeri Andrey Turçak bəyan edib. Siyasətçinin sözlərinə görə, yenidən işlənmiş qanun layihəsinin Dövlət Dumasında baxıldıqdan sonra yeni çağırışda qəbul ediləcəyi gözlənilir.

İcbari texniki baxışın yalnız sahibi dəyişdiriləcəyi halda saxlanılması təklif olunub. “Bu da ancaq avtomobil və yaxud motosikletin istehsal tarixindən dörd il ötməsi halında həyata keçirilməlidir”, - deyə Turçak bildirib.

Qanun layihəsinin yalnız fiziki şəxslərə aid olduğu, kommersiya avtomobilləri üçün işləməyəcəyi vurğulanıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man